
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin tikinti dəstəsinin tərkibində Komi Respublikasındakı Yuqıd va qəsəbəsində işləməsindən danışıb.
O, bu barədə regionun başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Uyboyla videokonfrans keçirərkən danışıb.
“Sizə düşmüş irs bəsit deyil, yumşaq desək, çətindir, problem olduqca çoxdur. Mən bilirəm, mən axı Komidə işləmişəm, gələrdim (ora), hələ tikinti dəstələrinin tərkibində orada dəfələrlə olmuşam”, – deyə Putin bildirib.
O, təəssüflə qeyd edib ki, o zamandan bəri çox az şey dəyişib, xüsusən də bu, yol şəbəkəsinə aiddir.
Uyba deyib ki, Putinin tikintidə iştirakından xəbərdardır və onun tikdiyi binanı ona göstəriblər.






























