
“SOCAR Aşdodda (İsrail) satışa çıxarılmış “Paz” neft emalı zavodunu (NEZ) satın almaq haqqında düşünmür.”
Az.shafaqna.com xəbər verir ki, bunu yerli mediaya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O qeyd edir ki, təklif SOCAR-a daxil olub, lakin hazırda bu layihəyə investisiyanı nəzərdən keçirmirik.
Xatırladaq ki, İsrailin “Calcalist” qəzetində NEZ-in alınması üçün SOCAR-a yerli tərəfdaşın tələb olması səbəbindən Azərbaycan nümayəndələrinin bir neçə İsrail şirkəti ilə danışıqların aparıldığı yazıb. Qəzetə görə, tərəfdaş qismində İsrailin “Şafir Andasa” və “Aspen” şirkətləri iştirak edib.
























