Craig McKay / Pexels

Az.shafaqna.com “islamnews”-ə istinadən xəbər verir ki, saqqal sağlamlıq üçün xeyirlidir.

Həkim-dermatoveneroloq Natalya Kozlova “AiF”-ə müsahibəsində bildirib ki, uzdəki tüklər üz və xarici mühit arasında qoruyucu əngəl kimi xidmət edərək dərinin təbii yağlarını və onun nəmliliyini saxlamağa imkan verir.

Həkim əlavə edib ki, hətta ən qısa saqqal belə sahibini onkoloji xəstəliklərə səbəb olan ziyanlı ultrabənövşəyi şüalardan qoruyur.

Lakin saqqalın faydalı xüsusiyyətləri bununla bitmir: o, həm də allergik reaksiyaların minimum olmasına səbəb olur. Üzdəki tüklər özünəxas filtr kimi çıxış edərək, buruna xarici qıcıqlandırıcıların getməsinin qarşısını alır.

Bundan başqa, ilin soyuq dövründə üzü donmadan qoruyan saqqal havanın filtrasiyasını da təmin edir – bu, diş və damaqları sağlam saxlamağa imkan veri.

Üstəlik, saqqal dərinin zədələnməsinə və dəridə sızanaqların yaranmasına gətirib çıxaran üz qırxma problemini də aradan qaldırır.

Həkim qeyd edib ki, saqqal saxlayan adamlar bakteriyaların yaranmasının qarsışını almaq üçün onun gigiyenasına nəzarət etməlidir.