
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Slovakiyanın Rusiyadakı səfiri Peter Priputen 3 rusiyalı diplomatın Bratislavadan qovulması ilə bağlı Rusiya XİN-ə çağırılıb.
Rusiya XİN-in məlumatına görə, diplomata qəti etiraz bildirilib.
Rusiya tərəfi Slovakiyanın bu addımını “ölkələr arasındakı münasibətlərin konstruktiv inkişafının ənənəvi ruhuna zidd” addım kimi qiymətləndirib.
Slovakiyalı səfirə elan edilib ki, Moskva qarşılıqlı olma prinsipini rəhbər tutaraq, Slovakiya səfirliyinin 3 diplomatik əməkdaşını ölkədən qovmaq qərarını qəbul edib.
Xatırladaq ki, 11 avqustda Slovakiya XİN 3 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair məlumatı təsdiqləyib.
Qeyd edək ki, bundan öncə Norveç də Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarmışdı. Rusiya da buna eynilə cavab verib.






























