Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın Dağıstan Respublikasında ağacın altında yuxuya getmiş Levaşi kənd sakininin ağzına ilan girib.

Həkimlərin müdaxiləsinə ehtiyac yaranıb. Xəstəxanada ilanın qadının ağzından çıxarılması anı qeydə alınıb. İlanın uzunluğu azı 1 metrdir. Qadına əməliyyat zamanı narkoz verilib.

Videoda görünür ki, tibb işçilərindən biri ilandan qorxub. O, xaric edilən ilanı görən zaman əməliyyat masasından geri atılıb.