mobileimho.ru

Az.shafaqna.com “1Prime”-yə istinadən xəbər verir ki, “Rəqəmsal platformalar”-ın baş direktoru Arseniy Şeltsin deyib ki, smartfonun qızmasına səbəb olan bir sıra məşhur səbəblər var.

O bildirib ki, mesecnerlər, xəritələr kimi əlavələr, məktub xidmətləri, statistika əlavələri, bir qayda olaraq, sürətli internet tələb edir. Bu cür internet olmadıqda, proqram böyük miqdarda sorğu göndərməyə başlayır. Buna görə də cihazın batareyasının tez bitməsi və aparatın qızması baş verir.

Digər səbəb olaraq isə mütəxəssis prosessorun bərk qızmasını da göstərib. Bu, internet, Wi-Fi, GPS və “Bluetooth”-dan aktiv istifadə zamanı baş verir.

Bütün qadjetlər sıx iş üçün nəzərdə tutulmayıb, fasilə lazımdır. Bəlkə də, hətta bir müddətiliyinə aparatı söndürmək də lazımdır”, – deyə Şeltsin qeyd edib.