Anatoliy Jdanov/Kommersant

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin bildirib ki, erkən diaqnostika xərçəngin əsas düşmənidir.

Özünə fikir vermək lazımdır, hər kəs anlamalıdır ki, bizim istənilən fiziki ifrazatımızdakı – tüpürcək, sidik, nəcis, selikli qişada – qan çalarının peyda olması onkoloq yanına gedərək yoxlanılmağın lazım olması fikrinə gətirməlidir. Xərçəngin əsas düşməni erkən diaqnostikadır”, – deyə o bildirib.

Kaprinin sözlərinə görə, kiçik lokallaşdırma və şişin erkən aşkar edilməsi zamanı sağalma 97%-ə çatır.