Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Kreml Vladimir Putinin Donald Trampa buraxılmış zəngi barədə məlumatı təkzib edib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Öncədən razılaşdırılmış zəngi buraxmaq texniki olaraq qeyri-mümkündür”, – deyə o bildirib.

Xatırladaq ki, daha öncə Böyük Britaniyanın sabiq baş naziri Tereza Mey administrasiyasının eks-başçısı Nik Timoti deyib ki, bir neçə il qabaq Tramp Putindən gələn zəngi “buraxıb” və bundan narazı qalıb.

Timotini sözlərinə görə, 2017-ci ildə Böyük Britaniya nümayəndə heyətinin Ağ Evdəki rəsmi görüşü zamanı kimsə deyib ki, Putin bir az bundan qabaq Trampa zəng edib, bundan sonra Tramp özünün milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnə ona Putinin zəngi barədə məlumat vermədiyinə görə qışqırmağa başlayıb.

Eks-məmurun sözlərinə görə, Tramp qışqıraraq bildirmişdi: “Əgər Putin danışmaq istəyirsə, onu sadəcə mənlə cala”.