Valideynlərimiz üçün Qurandan 3 dua

İnsan öz ömrünün böyük hissəsini yaşadıqdan sonra bəzən nə barədə təəssüf hissi keçirir? Əlbəttə ki, öz valideynlərinə lazımi diqqət və qayğı göstərmədiyinə görə, onların qəlbini tez-tez şadlandırmadığına görə. Bəs bunları, xüsusilə də əgər valideynlərimiz artıq dünyadan köçüblərsə, nə ilə kompensasiya edə bilərik? Onların adından xeyirli işlər görməklə, sədəqə verməklə, həmçinin Allaha ana və atamız üçün dualar edərək onların barəsində hər iki dünyada xoşbəxtlik arzulamaqla.

Az.shafaqna.com sizin diqqətinizə Qurani-Kərimdən valideynlər üçün olan 3 duanı təqdim edir:

1. İsra surəsinin 24-cü ayəsindən: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”

Oxunuşu: [Rabb-irhəmhumə kəmə rabbəyəni sağira]

2. İbrahim surəsinin 41-ci ayəsindən: “Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!”

Oxunuşu: [Rabbənə-ğfirli va-li-validəyyə va-lil-mu`mininə yəumə yəqum-ul-hisəb]

3. Nuh surəsinin 28-ci ayəsindən: “Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!”

Oxunuşu: [Rabbi-ğfir li vali-validəyyə va-limən dəxələ bəytiyə mu`minən va-lil-mu`mininə val-mu`minəti va-lə təzidiz-zaliminə illə təbəra]

Bu məqaləni paylaş