Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu gün parlament seçkilrəinin tarixini və seçkiqabağı kampaniyanın başlamasını elan edəcək.

Gürcüstan Konstitusiyasına əsasən, ölkədəki seçkilər oktyabrın son şənbə günü keçirilir– bu il seçkilər 31 oktyabra təsadüf edəcək. Qanunvericiliyə əsasən, seçkilərin tarixi və seçkiqabağı kampaniyanın başlaması 60 gün öncədən elan edilir.

Hazırkı parlament seçkiləri yeni sistem əsasında keçiriləcək. Ölkə əhalisi 150 deputat seçməlidir – 120 nəfər partiyalardan və 30 nəfər majoritar dairələrdən.