
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya hərbi polisinin əməkdaşları Suriyanın əl-Kuneytra əyalətindəki Qolan yüksəkliklərində patrul və müşahidə postlarının yoxlamasını həyata keçiriblər.
Bu barədə hərbi polis batalyonunun komandiri Aydinbek Abdulayev məlumat verib.
“Biz №1 müşahidə postundayıq. Mənim batalyonumun 1-ci rotası vəzifəsini yerinə yetirir. Onlar Suriya Ərəb Respublikasından olan hərbi qulluqçularla birlikdə İsrail tərəfindən “Bravo” xəttinə endirilmiş raket zərbələrinin tədqiqi üzrə vəzifəsini yerinə yetirirlər”, – deyə o bildirib.
Xatırladaq ki, Suriya Müdafiə Nazirliyi iyulda bəyan etmişdi ki, İsrail hərbi vertolyotlarının Qolan yüksəkliklərinə hücumu nəticəsində 2 hərbçi xəsarət alıb.






























