Gürcüstanda koronavirus: 18 yoluxma, 19 sağalma

105
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 18 nəfərdə koronavirus təsbit edilib, 19 nəfər isə sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1487-ə çatıb, onlardan 1240 xəstə sağalıb, 19 xəstə ölüb.  Karantin rejimində 5524 nəfər var.