Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, İranın Parisdəki səfirliyi Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəməndəki hərəkətlərini tənqid edib.

Bugünkü dünyada şərəf və hörməti pulla almaq olmur”, – deyə qeyd edilib.

Səfirlik Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəmən xalqına verdiyi əzab-əziyyətlərin və bu ölkəyə vurduğu ziyanların şəkillərini “Twitter”-də paylaşaraq bildirib ki, “təhlükəsizliyin yalnız hərbi güclə zəmanət verildiyi və müəyyən edildiyi zamanlar çoxdan geridə qalıb”.

Yəmən nəfər ala bilmir” deyə qeyd edən səfirlik bu koalisiyaya xitabən deyib ki, “neft-dollarları ilə daha özünə tarix, mədəniyyət, ədəbiyyat və sivilizasiya almaq mümkün deyil”.

Xatırladaq ki, adıçəkilən ittifaq 2015-ci ildən Yəmən və onun xalqına qarşı işğalçı siyasət yürüdür və onminlərlə günahsız insanın ölməsinə və yaralanmasına səbəb olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin