Marneulidə Tasua yürüşü – Video Reportaj

.
0

Az.shafaqna.com xəbər verir ki, dünən Gürcüstanın Marneuli şəhərində Tasua yürüşü keçirilib.

Tasuadan video görüntülər və bu münasibətlə aldığımız müsahibələri sizə təqdim edirik:

  • Noutbook və netbooklarda tam ekranda baxın

“Şaqafna Azərbaycanca”nı instagramfacebook və youtube səhifəsindən izləyin.

FOTOLAR

Marneuli “İmam Hüseyn” məscidinin axundu Hacı Əziz Nəbiyev:

“Həzrəti Peyğəmbərimiz (s) buyurur ki, Allah İmam Hüseynin (ə) şəhadətində möminlərin qəlbində elə bir məhəbbət qoyub ki, heç vaxt sönməz və heç vaxt tükənməz. Buna görə, bütün məntəqələrdən Tasua günündə yığışırlar, öz məhəbbətlərini İmam Hüseynə və Əhlibeytinə aşkar edirlər.”

 

Marneuli “İmam Əli” məscidinin axundu Hacı Hacıyev:

“Tasua günü hər il olduğu kimi Gürcüstanda bu il də qeyd olundu. Gürcüstanın müxtəlif məntəqələrindən İmam Hüseynin (ə) aşiqləri Tasua günü Marneuli şəhərinə yığılaraq öz məhəbbətlərini Peyğəmbər ailəsinə bir daha sübut etdilər.”

 

 

ÜGMADİ-nin sədri Mirtağı Əsədov:

“Biz bu (Tasua) yürüşü ilə çatdırırıq ki, İmam Hüseynə (ə) öz beyətimizi yeniləyib, təzələyirik. Biz İmam Hüseynə (ə) öz sədaqət andımızı içərək öz yolumuzda beyətimizi təzələyib deyirik ki, Ağa (İmam Hüseyn) biz, sizə sadiq qalmışıq.”

Əvvəlki məqaləQardabanidə Tasua yürüşü – FOTO
Növbəti məqalədəKərbəla Aşura günü