Az.shafaqna.com “İnosmi”-yə istinadən xəbər verir ki, İspaniyanın Səhiyyə Nazirliyi bəyan edib ki, ictimai yerlərdə siqaret çəkmək COVID-19-un yayılması riskini artırır.

Sağlamlığa ziyanla yanaşı, maska ilə manipulyasiyalar və siqaretlə təmas zamanı barmaqların ağıza toxunması COVID-19-un yayılmasına yardım edə bilər”, – deyə qeyd edilir.

Bununla yanaşı, siqaret çəkən zaman tüstü ilə yanaşı kiçik damcılar da ifraz edilə bilər ki, bu damcılar, ilk növbədə yaxın sosial məsafə zamanı, yoluxucu ola bilər.

İctimai yerlərdə (siqaret çəkməkdən) çəkinmək lazımdır”, – deyə İspaniya səhiyyə nazirliyindən bildirilib.

Əlavə edilib ki, siqaret çəkmə prosesi tək-tək açıq yerlərdə olmalıdır və şəxsi gigiyenaya diqqət ayrılmalıdır – əvvəl və sonra əllər yuyulmalıdır.

Deyilir ki, tütündən istifadə xəstəliyin gedişatına mənfi təsir göstərir və vurğulanır ki, elektron siqaretlərin də ağciyərlər, ürək və damarlara təsiri olur və bu təsir də “COVID-19-a görə ağırlaşma riskini artıra bilər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin