Sudanda tayfalar arasında qarşıdurma, onlarla insan öldü

Az.shafaqna.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Sudanın Qərbi Darfur bölgəsində iki tayfa arasında şiddətli qarşıdurma baş verib, 170 insan həyatını itirib.

aprelin 24-də Cineyna şəhərinin Kireynik bölgəsində Afrika və Ərəb mənşəli tayfalar arasında baş verən qarşıdurmada təxminən 170 nəfər ölüb, onlarla insan yaralanıb. Ötən gün günorta saatlarında Kıreynik yaxınlığındakı yaşayış məntəqələrinə də yayılan qarşıdurmalar nəticəsində minlərlə sakin ətraf şəhərlərə köçmək məcburiyyətində qalıb.

Darfurdakı Qaçqınlar və Köçkünlər Ümumi Koordinasiyasının mətbuat katibi Adam Riqalın məlumatına görə bazar günü silahlı şəxslərin Qraynik bölgəsinə etdikləri basqın nəticəsində 164-dən çox insan həyatını itirib, 100-dən çox adam yaralanıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) mülki şəxslərin öldürülməsini pisləyib və zorakılığın dərhal dayandırılmasını və şəffaf istintaq başladılmasını tələb edib.

Bu məqaləni paylaş