
Az.shafaqna.com “The Daily Star”-a istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasında (CAR) dişi şirlər illər öncə onları xilas edən sahiblərini öldürüb.
Belə ki, sahibi heyvanları gəzməyə çıxaran zaman onlar kişiyə hücum edərək onu parçalayıblar.
Ölən kişiyinin qohumu hesab edir ki, şirlər sahiblərinə ziyan vurmaq istəməyibəlr. Onun fikrincə, onlar sadəcə sahibləri ilə kobud oyun oynayıblar. Lakin o deyib ki, ölümün əsl səbəbini yalnız yarılma prosesindən sonra müəyyən etmək olacaq.
2017-ci ildə heyvanlar başqa adamı da öldürmüşdülər. Lakin sahibləri onların tərəfini tutaraq bildirib ki, dişi şirlər sakitdirlər və aqressiv deyillər. Hazırda heyvanlar yox olma təhlükəsi altında olan heyvan sığınacağına yerləşdiriblər. Bundan sonra onları vəhşi təbiətə buraxmaq istəyirlər.
Xatırladaq ki, kişi, şirlər ovçu fermasında olan zaman onları xilas edib. Bundan sonra onlar kişinin safari-parkında yaşayaraq vəhşi heyvanları ovlayırdılar.































