
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Yunanıstanın öz məhəlli sularını 6 dəniz milindən 12 dəniz milinədək genişləndirmək cəhdləri hərbi münaqişəyə səbəb ola bilər.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bəyan edib.
“Ankara Aralıq dənizindəki öz sularının hər kvadrat santimetrini qorumaq üçün bütün zəruri tədbirləri görəcək. Yunanıstanın öz məhəlli sularını 6 dəniz milindən 12 dəniz milinədək genişləndirmək cəhdləri Ankara tərəfindən tanınmayacaq. Bu addım hərbi münaqişəyə səbəb ola bilər”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Türkiyə regiondakı öz maraqlarından keçməyəcək və nə Aralıq dənizində, nə də Egey dənizində güzəştlərə gedəcək.
“Avropada bugünkü günədək Aralıq dənizində keçirilən geoloji-kəşfiyyat işlərinə məhəl qoyulmurdu, lakin söhbət Türkiyədən və Türkiyə şelfindəki yataqların kəşfiyyatından gedən kimi vəziyyət dəyişdi. Aİ-də öz qızğın narazılıqlarını ifadə etməyə başladılar ki, bu da, təbii olaraq, bir sıra suallar yaradır”, – deyə Oktay bildirib.
O qeyd edib ki, Avropa İttifaqının nə zamansa Türkiyənin tərəfini xatırlamır.
“Avropada bir dənə də Türkiyə lehinə bəyanat səsləndirilməyib”, – deyə o əlavə edib.
Xatırladaq ki, daha öncə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis demişdi ki, ölkəsi İonik dənizindəki öz məhəlli sularını 12 milədək genişləndirməsi ilə bağlı İtaliya və Albaniyanı məlumatlandırıb.






























