Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya Kutaisi səfəri zamanı bildirib ki, ölkə rəhbərliyi quru sərhədlərini hələ açmağı planlaşdırmır.

Biz quru sərhədlərinin açılması ilə bağlı tələsik addımlar atmayacağıq. Gürcüstan vətəndaşlarının quru sərhədlərindən hərəkəti, həmçinin yüklərin daşınması ilə bağlı hər bir şey çətinlik yaşanmadan baş verir”, – deyə o qeyd edib.

Nəzarət kifayət qədər effektivdir, lakin quru sərhədlərinin tam açılışı hələ planlaşdırılmır”, – deyə Qaxariya əlavə edib.

Xatırladaq ki, Gürcüstan koronavirusun yayılmasının qarşısını almaq üçün 14 martda Azərbaycan və Ermənistanla, 16 martda isə Rusiya ilə sərhədlərini bağlayıb.

19 martdan, hökumətin qərarı ilə, ölkəyə giriş bütün əcnəbilər üçün qadağan edilib. Gürcüstan sərhədini yalnız vətəninə geri dönən vətəndaşlar və onları yaxınları keçə bilər. Həmçinin yüklər istisna təşkil edir.

Ölkə sərhədlərini 1 iyulda açmaq gözlənilsə də, bu fikir yenidən müzakirə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin