
Az.shafaqna.com “Rossiyskaya Gazeta”-ya istinadən xəbər verir ki, Rusiya hökuməti 2020-ci ildə 3 yaşdan 7 yaşadək (daxil olmaqla) olan uşaqlara aylıq ödənişlər üçün ehtiyat fondundan vəsait ayırıb.
Bu barədə Rusiya Baş naziri Mixail Mişustin məlumat verib.
Sözügedən ödənişlər aztəminatlı ailələrə verilir. Ölkə üzrə ortalama məbləğ isə 5500 rubl (təxminən 126 AZN) təşkil edir.






























