omaralnahi / Pixabay

Az.shafaqna.com “Komsomolskaya Pravda”-ya istinadən xəbər verir ki, herontoloq, Rusiya Elmlər Akademiyasının müxbir-üzvü, bioloji elmlər doktoru Aleksey Moskalyov bildirib ki, “bioloji nöqteyi-nəzərdən yaşlı insanın həyatında 3 “dönüş” yaşı var”.

İlk “dönüş” anı 45 yaşa təsadüf edir. Bu yaşda reproduktiv funksiyanın reallaşması başa çatır”, – deyə o qeyd edib.

Növbəti “dönüş” yaşı, onun sözlərinə görə, 60 yaşdadır.

O deyib ki, 60 yaş üçün hüceyrələrin bölünməsi və toxumaların regenerasiyası o qədər zəifləyir ki, həyati əhəmiyyətli funksiyaların dəstəklənməsinə belə təsirsiz ötüşmür.

Alim bildirib ki, 75 yaşda isə, qoruyucu baryerlər yox olur və bu, hətta ən möhkəm orqanlara, məxsusən də beyinə belə təsir edir.

Bununla yanaşı Moskalyov deyib ki, “bu, ortalama rəqəmlərdir və onlar bir çox halda insanın həyat tərzindən asılıdır”.

Həkim qeyd edib ki, “qidalanma, fiziki məşqlər, stress səviyyəsi və onları idarə etmə bacarıqları, ekoloji mühit rol oynayır”, həmçinin “erkən diaqnostika və xroniki xəstəliklərin vaxtında müalicəsinin başlanılması da mühümdür”.

Herontologiya (yun. yun. γέρων –qoca + yun. logie – elm ) — insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrənən elm.