
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, bu günlərdə NASA-nın köhnə işləməyən peyki Yerə düşməlidir.
Söhbət 1964-cü il sentyabr ayında buraxılmış “Orbiting Geophysics Observatory 1 spacecraft” (OGO-1) elmi aparatından gedir. O, Yer kürəsinin maqnit sahəsini və onun Günəş küləyi ilə qarşılıqlı təsirini tədqiq edirdi.
Peyk 1969-cu ilədək məlumat toplayırdı və 1971-ci ildə istismardan çıxarılıb, bundan sonra o, Yerin ətrafında uzadılmış 2 sutkalıq orbitdə qalaraq yavaş-yabaş yüksəklik itirməyə başlayıb. Aparatın çəkisi 487 kiloqramdır.
Ən son hesablamalara əsasən, əsas perigeylərindən birini itirərək OGO-1 Moskva vaxtı ilə 30 avqust 21:10-da Sakit okean üzərində təxminən Taiti və Kuk adaları arasındakı yarıyolda düşməlidir.
Mütəxəssislərin sözlərinə görə, aparat atmosferin sıx qatlarına daxil olan zaman məhv olmalıdır.






























