
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan kəndlərinin, təsisatlarının və dövlət müəssisələrinin yüksəkkeyfiyyətli genişzolaqlı internetə qoşulması və kənd əhalisi üçün rəqəmsal xidmətlərin inkişafına yönəlmiş “Log-in Georgia” layihəsinə Ümumdünya bankı tərəfindən 35,7 milyon avro ayrılıb.
Layihə çərçivəsində təxminən 500 min insanın yaşadığı, yüksək dağ kəndləri də daxil olmaqla, 1000-dək kənd yüksəksürətli internetlə təmin ediləcək.
Layihə 5 il ərzində həyata keçiriləcək.






























