Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Tbilisi İnfeksion Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib ki, Gürcüstanda son sutka ərzində qeydə alınmış COVID-19-a 4 yeni yoluxma halı xaricdən gəlmədir.

4 yeni koronavirus halı gətirilmədir və daxili ötürülmə ilə bağlı deyil“, – deyə o qeyd edib.

O əlavə edib ki, yeni yoluxanların “2-si yük avtomobillərinin sürücüləri, digər 2-si isə başqa ölkələrdən gələn sadə vətəndaşlardır”.

Hazırda Gürcüstanın koronavirus mərkəzlərində 107 nəfər müalicə almaqdadır.

Xatırladaq ki, Gürcüstan indiyədək 943 yoluxma qeydə alınıb ki, onlardan 821 sağalıb, 15-i isə dünyasını dəyişib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin