
Az.shafaqna.com xəbər verir ki, zeytun yağından gündəlik istifadə arterial təzyiqi azalda bilər.
Bu nəticəyə Melburndakı La Troba universitetinin alimləri gəliblər.
Müvafiq araşdırmanı “MedixalXpress” jurnalı dərc edib.
Mütəxəssislər 50 könüllü seçiblər: onların yarısı 3 həftə ərzində birinci sıxım yağdan istifadə edib, digər yarısı isə saflaşdırılmış yağdan istifadə edib.
Qeyd edilir ki, təcrübə zamanı iştirakçılar dərman qəbul etməyiblər.
Nəticədə də birinci qrupdan olan insanlarda mərkəzi arterial təzyiq 2,5% aşağı düşüb və 2% periferik sistolik.
Alimlər bu cür effekti zeytun yağının müxtəlif aktiv birləşmələrlə zəngin olması ilə izah edib. Onun tərkibində iltihabəleyhinə və antioksidant xüsusiyyətlər var.






























