Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, 1 sentyabrda Gürücüstan parlamenti rəsmi şəkildə öz fəaliyyətini bərpa edəcək.

Bunadək isə, 31 avqustda, parlament bürosunun iclası olacaq: yeni qanunverici dəyişikliklər, o cümlədən də “Seçki kodeksinə” dəyişikliklərlə bağlı təşəbbüslər irəli sürüləcək.

Payız sessiyası çərçivəsində parlament bir neçə yeni qanun layihəsini gözdən keçirməli və qəbul etməlidir. Bundan başqa, qanunverici orqan hələ Dövlət Təhlükəsizlik Xidmətinin və Baş prokurorluğun hələ yaz sessiyasında parlamentə təqdim edilmiş illik hesabatlarını da dinləməyə çıxarmalıdır.

Parlament sessiyasının işi oktyabrın sonunda ölkədə parlament seçkilərinin keçiriləcəyi nəzərə alınaraq qurulacaq. Komitələr isə adi rejimdə işləyəcək, çünki 1 oktyabrda 2021-ci il üçün dövlət büdcəsi layihəsi təqdim edilməlidir və bu sənəd, bir qayda olaraq, dekabrın üçüncü cüməsinədək yekun şəkildə təsdiqlənməlidir.