Image: Sushovan Sircar/ The Quint

Az.shafaqna.com “Al Jazeera”-ya istinadən xəbər verir ki, “Facebook”-un Hindistan şöbəsinin top-meneceri Ankhi Das İslam dinini təhqir edən paylaşım edib və daha sonra müsəlmanlardan üzr istəyib.

O, İslamı alçaltmaq fikrində olmadığını iddia edib və deyib ki, “mən feminizmə” dərin bağlılığımı ifadə etmək istəyirdim.

Xatırladaq ki, daha öncə “Facebook”-un Hindistan şöbəsi tənqid edilib. Belə ki, Hindistanın hakim millətçi “Bharatiya Canata” partiyasının kin və qərəzli ritorikasına qarşı sərt siyasət yürütməkdən imtina edib.