
Az.shafaqna.com “Veçernaya Moskva”-ya istinadə xəbər verir ki, biologiya elmləri doktoru Vladimir Doroxov enerjinin bərpası üçün güzdüz vaxtı nə qədər yatmaq lazım olduğu barədə danışıb.
Onun sözlərinə görə, gündüz təxminən 20 dəqiqə yatmaq kifayətdir.
“Əgər 20 dəqiqədən çox olsa, yuxu dərin yuxu olacaq. Ondan tam çıxmaq üçün vaxt lazımdır. Buna “yuxu inersiyası” deyilir”, – deyə həkim bildirib.
O qeyd edib ki, dərin yuxudan sonra bərpa 20-40 dəqiqə çəkir ki, bu, iş şəraitində narahatlıqlara səbəb olur.
“Lakin əgər insanın normaya salınmamış iş günü varsa, 1 saat yuxu ona tam oyanışdan sonra axşama qədər gümrah olmaq imkanı verəcək”, – deyə mütəxəssis əlavə edib.
Doroxov deyib ki, gündüz istirahəti üçün ən yaxşı vaxt 13:00-dan 15:00-dəkdir.
“Orqanizmimiz elə qurulub ki, bu vaxt yuxululuq təbii şəkildə artır. 17:00-dan sonra isə bir saatdan artıq yatmaq arzuolunmazdır – bu, gecə vaxtı pis yuxuya səbəb ola bilər. Yuxuya getməyə bilərsiniz”, – deyə həkim xəbərdarlıq edib.






























