
Az.shafaqna.com “Los Angeles Times”-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında hərbi vertolyot qəzaya uğrayıb.
Bu barədə ABŞ ordusu məlumat verib.
İnsident nəticəsində 2 ABŞ hərbçisi ölüb, 3-ü isə yaralanıb.
Bildirilir ki, sözügedən vertolyot təlimdə iştirak edərkən qəza edib.
Faktla bağlı araşdırma başladılıb.






























