
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, 27 avqustda Türkiyənin qırıcıları Aralıq dənizi üzərində Yunanıstana aid 6 F-16 qırıcısı tutub.
“2020-ci il 27 avqustda Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) radiolokasiya sistemləri Krit adasından Kipr Respublikası istiqamətində havaya qalxan 6 ədəd F-16 təyyarəsini qeydə alıb”, – deyə Türkiyə Müdafiə Nazirliyi (MN) bildirib.
Qeyd edilir ki, qırıcılar Ankaranın barəsində “beynəlxalq NAVTEX bildirişi verdiyi” regiona yaxınlaşırdı.
Obyektin müəyyən edilməsi üçün havaya Türkiyə HHQ-a məxsus F-16 qaldırılıb.
“Təyyarənin Yunanıstana məxsus olduğu məlum olub və regiondan uzaqlaşdırılıb”, – deyə Türkiyə MN bəyan edib.






























