“Alulbayt Gürcüstan” təşkilatı Gürcüstanda yaşayan aztəminatlı, imkansız ailələrə yardım edib.

Az.shafaqna.com-a bu barədə “Alulbayt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev bildirib.

“Məhərrəm ayı ilə əlaqədar ehsan kampaniyalarımız olurdu. Bu il pandemiyaya görə, geniş kampaniya həyata keçirə bilməyəcəyik. Buna görə də biz, bu il 150 aztəminatlı, imkansız ailəyə ərzaq yardımı etmək qərarına gəldik.”, – deyə Hacı Faiq Nəbiyev vurğulayıb.

“Alulbayt Gürcüstan”ın rəhbəri bildirib ki, pandemiyaya baxmayaraq Gürcüstanda müxtəlif səyyar ehsan kampaniyaları keçirilir.

“Pandemiya qaydalarına əməl etməklə, xüsusilə Marneulidə müxtəlif ehsan kampaniyaları keçirilməkdədir. “Ehsan kampaniya”ları təbii ki, təbıiğat vasitəsinin bir növüdür. Ona görə də bu kampaniyaların keçirilməsi çox önəmlidir. İmam Hüseynin (ə) məhərrəmliyində imkansız və aztəminatlıların yad edilməsi də təbliğatdır, həmçinin imkanlı şəxslər üçün bir təşviqatdır. Biz İmam Hüseyn (ə) ehsanı olaraq bu cür kampaniyalarımızı məhz Məhərrəm ayına saldıq.  Allah Təala bu ayda İmam Hüseynin (ə) ehtiramını saxlayanlardan, həmçinin bu ayın hörmətinə ehsan, yardım edənlərdən razı olsun.”, -deyə “Alulbayt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev əlavə edib.