Yenilənmiş xəbər: Az.shafaqna.com xəbər verir ki, Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub. Məlumatı Yelisey sarayı bir az əvvəl yayıb.

Fransa prezidenti Makron ona hökuməti formalaşdırmağı tapşırıb.

O, bundan əvvəl Fransa Prezidenti Administrasiyası başçısının müavini vəzifəsində olub.

* Fransa Baş naziri istefa verdi: Yeni nazir yaxın saatlarda bəlli olacaq

Az.shafaqna.com “Russia Today”-ə istinadən xəbər verir ki, Fransa Baş naziri Eduard Filip istefa verib.

Eduadr Filip bu gün hökumətin istefası ərizəsini respublika prezidenti Emmanuel Makrona təqdim edib”, – deyə qeyd edilir.

Prezident ərizəni qəbul edib.

AFP anonim mənbəyə istinadən bildirir ki, yeni təyin ediləcək Fransa baş nazirinin adı yaxın saatlarda məlum olacaq.

Qeyd edilir ki, Makron və Filip ötən gün keçirdikləri görüş zamanı prezidentlik müddətinin yeni mərhələsinin həyata keçirilməsi üçün yeni hökumətin qurulmasının zərurəti barədə ümumi nəticəyə gəliblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin