Grantour/Pixabay

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, qarpız və yemişin zəmanətli şəkildə artıq çəki atmağa kömək etməsi ilə bağlı fikirlər yanlışdır.

Bunu Moskva vilayətinin ştatdankənar baş diyetoloqu İnna Piçugina deyib.

O qeyd edib ki, bu bostan bitkilərinin tərkibində böyük miqdarda suyun olmasına baxmayaraq, qısa müddət sonra onlar kəskin iştah artımına səbəb olur.

Bəlkə də, yemiş və qarpızla bağlı əsas yanılmalardan biri də 100%-lik arıqlamadır. Bəli, onların tərkibində böyük miqdarda su var, həzmi gücləndirir, lakin bununla yanaşı onları tərkibində saxaroza və fruktoza var ki, bu, qanda şəkər səviyyəsinin artmasına səbəb olur. Yemiş və qarpız yedikdən dərhal sonra insan özünü tox hiss edir, lakin qısa müddət sonra kəskin aclıq hissi gəlir, mümkün qədər tez bir şey yemək istəyi yaranır. Bir qayda olaraq, bu cür pəhriz tezliklə pozulur”, – deyə o bildirib.

Qarpız və yemişi maksimum fayda ilə istifadə etmək üçün mütəxəssis əsas qida qəbulu zamanı onlara piroq və konfetlərə alternativ olaraq baxmağı təklif edir. Üstəlik sutkalıq norma 200-300 qram təşkil etməlidir.

Şəkər diabeti, böyrək, ürək-damar sistemi xəstəlikləri, ümumiyyətlə, şəkər və maye qəbulunun məhdudlaşdırılmasını mühüm olan patologiyaları olan insanlara məhdud miqdarda qarpız və yemiş yemək məsləhət görülür. Xora, qastrit və digər həzm yolu xəstəlikləri olan şəxslərə ümumən bu meyvələrdən imtina etmək lazımdır”, – deyə diyetoloq qeyd edib.