Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsi xəbər verib ki, “Apple” şirkəti istfadəçilərə daxili alışlara sərf edilən pulların 30%-nin “iPhone”-yə çatması ilə bağlı “qeyri-münasib” məlumatları göstərməyi qadağan edib.

Qeyd edilir ki, “Apple” faktiki olaraq “Facebook”-u məlumatları silməyə məcbur edib.

Bizim insanlara onların yatırmaq niyyətində olduğu pulların əslində hara getdiyini anlamalarına yardım etmək imkanımız olmalıdır. Təəssüf ki, “Apple” bizim özünün 30%-lik vergisi ilə bağlı şəffaflığa dair bildirişimizi rədd etdi, lakin biz hələ də bu məlumatın əlçatan olmasının üzərində işləyirik”, – deyə “Facebook”-un bəyanatında deyilir.

“Apple” məsələni şərh etməyib.