kremlin.ru

Az.shafaqna.com “BelTA”-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, xaricdən aqressiya olarsa, Belarus və Rusiya birgə qoşun qrupundan istifadə edəcək.

Qeyd edilir ki, Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi telefon danışığı barədə danışıb.

Bizim razılaşmamız var. Deyirəm: “Gəl, nə edəcəyimiz barədə düşünək”. O deyir: “Biz onların nə istədiyini bilirik”. Putin də bir neçə belə mərhələ keçib, Çeçenistan müharibəsindən (bəri), sərhədlərin ətrafında nə baş verdiyini bilir”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, o, Putinlə razılaşıb ki, Belarusda “bu problemin öhdəsindən gələcəklər”.

Amma əgər xaricdən nəsə olsa, silahlı qüvvələrin birgə qrupunu işə salmaq lazımdır, bu qrupun əsasını Belarus ordusu təşkil edir. Rusiyalılar isə bizi dəstəkləyəcək və ardımızca gələcək”, – deyə Belarus prezidenti qeyd edib.

O, həmçinin deyib ki, heç bir rusiyalı hərbçi Belarus sərhədini keçməyib. Onun sözlərinə görə, Belarus tərəfi hələ özü problemlərin öhdəsindən gələ bilir.

Lukaşenko bildirib ki, “Müttəfiq dövlətin qərb sərhədində” istənilən tərpənişi Rusiya ilə birgə sakitləşdirəcəklər.

O əlavə edib ki, Rusiya prezidenti “Belarusu qorumaqla, hər şeydən öncə Rusiyanı qoruyur”.

Xatırladaq ki, Lukaşenko daha öncə demişdi ki, Belarus sərhədlərinə NATO təyyarələrini gətirilib.