Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin Sakarya əyalətinin Xəndək rayonunda yerləşən fişəng fabrikində partlayış baş verib.

Hadisə bu gün səhər saatlarında baş verib.

Bildirilir ki, partlayış baş verən an istehsal meydançasında 150-200 nəfər olub.

Partlayışın səsi 50 km uzaqlıqdan aydın şəkildə eşidilib.

Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb edilib.

Səbəblər hələ müəyyən edilməyib. Sakarya valisi Çetin Oqtay Kaldırım bildirib ki, hadisə nəticəsində xəsarət alanların sayı 56 nəfərə çatıb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə partlayış zamanı 2 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını açıqlayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin