Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Məkkə şəhərinin əsas məscidində – Məscidül-Həramda yenilənmiş meydançalar istifadəyə verilməyə davam edir.

Müqəddəs Ramazan ayında burada 80 yeni ibadət zalı açılıb. Bu zallarda 300 minədək müsəlman ibadət edə bilər.

Yeni zallara şimal, qərb və şərq tərəfdən, həmçinin əsas girişdən daxil olmaq olar.

Əlavə ibadət sahələri Məscidül-Həramın genişləndirilməsi prosesinin 3-cü mərhələsində istifadəyə verilib.

Layihə rəsmisinin sözlərinə görə, yeni məkanlar məscidin müxtəlif mərtəbə və ərazilərində yerləşir.

Əvvəlki məqaləAzərbaycan Prezidenti Hacı Əliyevə: “Yadındadır nə qədər medalın var sənin?”
Növbəti məqalədəMilli Məclis komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb