Foto: Thomas Ruttig (2015)

Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Əfqanıstan xüsusi təyinatlıları paytaxt Kabildə anti-terror əməliyyatları keçiriblər.

Əfqanıstan DİN-in məlumatına görə, 27 avqust gecə keçirilən əməliyyatlar zamanı 2 terror qruplaşması ələ keçirilib.

İlk dəstəyə 8 kişi və qadın daxil idi. Onlardan 2 kamikadze-jileti, 6 partlayıcı qurğu müsadirə edilib. Terrorçular Aşura günü Kabilin Kote-Səngi rayonuna hücum planlamışdılar.

Digər əməliyyat zamanı isə 5 nəfərli qruplaşma tutulub. Bunun təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edilir ki, Əfqanıstan DİN Aşura ərəfəsində paytaxtdakı təhlükəsizlik tədbirlərini sərtləşdirib.