Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Georgian Airways” sentyabrda daha bir neçə çarter reysi həyata keçirəcək.

Bu barədə məlumatı Mülki Aviasiya Agentliyi (MAA) yayıb.

Bildirilir ki, reyslər Amsterdam, Berlin, Paris və Vyana istiqamətində olacaq.

Uçuşlar “Boeing B737-800” və “Embraer E195” təyyarələri ilə həyata keçiriləcək.

17 avqustda MAA aviaşirkətə çarter daşımalarının həyata keçirilməsi üçün lazımi icazələri təqdim edib.