
Az.shafaqna.com “Sport.es”-ə istinadən xəbər verir ki, İngiltərənin “Mançester Siti” komandası Kataloniyanın “Barselona” komandasının oyunçusu Lionel Messinin əvəzinə Qabriel Jezus, Erik Qarsiya və Bernard Silvanı verməyə hazırdır.
Qeyd edilir ki, “Barselona” daha öncə də adıçəkilən oyunçularda maraqlı olub.
Xatırladaq ki, Messi 2003-cü ildən “Barsenola”-da oynayır. İddia edilirdi ki, hücumçu hər sezonun sonu ona müqaviləni birtərəfli qaydada pozmağa imkan verən imtiyazdan istifadə etmək qərarına gəlib.






























