Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya XİN Norveç səfirliyinin baş diplomatlarından birini ölkədən çıxartdığını elan edib.

Qeyd edilir ki, qərar “Norveç hakimiyyətinin qeyri-dost aksiyası ilə bağlıdır”.

Onun Rusiyadakı akkreditasiyasına 3 gün ərzində xitam veriləcək – norveçlilər də bizim əməkdaşımıza Norveçi tərk etmək üçün məhz bu qədər vaxt vermişdi”, – deyə Rusiya XİN-dən bildirilib.

Xatırladaq ki, 18 avqustda Norveç Rusiya səfirliyinin diplomatını “arzuolunmaz şəxs” elan edib və ona ölkə tərk etmək üçün vaxt vermişdi. Növbəti gün Rusiya Norveçə etirazını bildirib.