
Az.shafaqna.com “Science Daily”-ə istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupu müəyyən edib ki, Arktika buzları daha öncə ehtimal edildiyindən də sürətli əriyir.
Araşdırma zamanı mütəxəssislər müəyyən edə biliblər ki, bu zonadakı temperatur 40 il ərzində hər 10 ildə ortalama 1 dərəcə artıb.
Bundan başqa, Barens dənizi və Şpitsbergen arxipelaqının yaxınlığında temperatur daha sürətlə artıb – hər on ildə 1,5 dərəcə.
Daha öncə alimlər düşünürdülər ki, Arktikadakı temperatur tədricən artacaq.






























