
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisinin Qldani rayonundakı yaşayış binasında yanğın baş verib.
Qonşuların məlumatına görə, yanğın baş verən binanın 5-ci mərtəbəsindəki mənzildə 14, 11 və 4 yaşlı uşaqlar olub. Xilasedici-yanğınsöndürənlər onları xilas ediblər.
Hadisə yerinə 30-a yaxın yanğınsöndürən və texnika, həmçinin kriminal və patrol polisi və təcili yardım briqadaları da cəlb edilib.
Təhlükəsizlik məqsədi ilə perimetr polis tərəfindən mühafizə edilir.
Yanğın artıq söndürülüb. İnsident nəticəsində heç kəs xəsarət almayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.






























