Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları əməliyyat-istintaq tədbirləri  nəticəsində Milli Qida Agentliyinin Tbilisi Şəhər Xidmətinin baş müfəttişini rüşvət aldığına görə saxlayıblar.

Bu haqda qurumun saytı məlumat yayıb.

İstintaq müəyyən edib ki,  agentliyin müfəttişi qanunsuz yolla maddi gəlir əldə etmək üçün Tbilisidəki kafe-barlardan birinin sahibi ilə əlaqə quraraq, obyektə baxış keçirməməsi müqabilində pul istəyib.

Əməliyyat zamanı saxlanılan şəxsdən 10 min GEL (təxmini 5500 AZN) müsadirə olunub.

Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci bəndi ilə cinayət işi açılıb və sübut olunarsa saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin