Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, 2020-2021-ci tədris ilində Türkiyə universitetlərində onlarla tələbə gürcü dili və ədəbiyyatını öyrənəcəklər.

Bu barədə Gürcüstanın Türkiyədəki səfiri Giorqi Janjqava “Facebook” səhifəsində yazıb.

O, bununla bağlı Türkiyə Ali Təhsil Şurasına öz təşəkürünü bildirib. Məhz adıçəkilən qurumun birbaşa iştirakı ilə gürcü dili və ədəbiyyatı istiqamətində tələbə qəbulu qaydalarına dəyişikliklər edilib və bununla da ali məktəblərdə bu istiqamət üçün ayrılmış tələbə kvotasını tam istifadə etmək imkanı yaranıb.

Səfir gürcü dili və ədəbiyyatı müəllim və tələbələrini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.