
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Rusiyaya məxsus sualtı qayıq Alyaska sahilləri yaxınlığında suyun üzünə çıxıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin (SQ) Şimal Komandanlığı məlumat verib.
Bəyanatda deyilir ki, Şimali Amerika Hava-Kosmik Müdafiəsi Komandanlığı və ABŞ SQ Şimal Komandanlığı “Alyaska yaxınlığında suyun üzünə çıxan Rusiya sualtı qayığına” diqqətlə nəzarətdə saxlayır.
“Biz maraq təşkil edən gəmiləri diqqətlə izləyirik, o cümlədən də bizim məsuliyyət zonamızdakı xarici donanma gəmilərini”, – deyə bildirilib.
Pentaqondan qeyd ediblər ki, sualtı qayın “ABŞ məhəlli sularından nəzərəçarpacaq uzaqlıqda” beynəlxalq sulardadır.
Həmçinin əlavə edilib ki, “bu ərazidəki Rusiya Hərbi Dəniz Donanması və ya digər dənizçilərdən yardım sorğusu” daxil olmayıb.






























