
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, koronavirus pandemiyası milyonlarla insanın psixi sağlamlığına təsir edib.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus bəyan edib.
“COVID-19 səbəb olduğu həyəcan və qorxu ilə milyonların psixi sağlamlığına təsir edib”, – deyə Qebreisus bildirib.
O qeyd edib ki, koronavirus həmçinin psixi sağlamlığa dəstəyə kömək edən xidmətlərin işini də pozub.
O, sosial qarşılıqlı əlaqənin yoxluğunun ruhi əhvala göstərdiyi təsirə də diqqət yetirib.
Qebreisus xatırladıb ki, psixi sağlamlıq pandemiyadan öncə də “qlobal səhiyyənin unudulmuş məsələsi” idi.
O deyib ki, “bir milyarda yaxın insan psixi pozuntularla yaşayır” və hər il 3 milyon insan spirtli içkidən ölür.






























