Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, artan sərnişin sayına görə Gürcüstan Dəmir Yolları (GDY) 28, 29 və 30 avqust tarixlərində Tbilisi-Batumi-Tbilisi qatarındakı əlavə vaqon sayını artıracaq.

Söhbət 10:30-da Tbilisidən çıxan qatardan gedir. Hər gün ümumilikdə 3 vaqon əlavə ediləcək.

Biletləri Railway.ge, Tkt.ge, Biletebi.ge, Matarebeli.ge onlayn-platformalarından və bilet kassalarından əldə etmək mümkündür.

GDY rəhbərliyi xatırladır ki, COVID-19 xəstəliyinin yayılmasının qarşısını almağa dair yeni qaydalara əsasən, qatarlarda böyük yun şalların paylanması qadağan edilib, göyərtə jurnalı və kitabxana müvəqqəti qapadılıb. Qoruyucu maskası olmayan sərnişinlər qatara buraxılmayacaq, yol boyu isə onları çıxarmaq olmaz.