Gürcüstanda koronavirus: 8 nəfər yoluxub, 6 nəfər sağalıb

60
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 8 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1455-ə çatıb, onlardan 1196 xəstə sağalıb, 19 xəstə ölüb.  Karantin rejimində 5943 nəfər var.