
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo Tehrana qarşı beynəlxalq sanksiyaların bərpa ediləcəyini deməklə “paralel kainatda” yaşayıdığı göstərir.
Bu haqda İranın XİN rəsmisi Səid Xətibzadə bildirib.
Xatırladaq ki, daha öncə Pompeo bəyan etmişdi ki, 20 sentyabrda İrana qarşı sanksiyalar bərpa ediləcək, çünki ABŞ sanksiyaların bərpası tələbi ilə bağlı bildirişi BMT TŞ-a təqdim edib. O demişdi ki, bildiriş təqdim edildikdən sonra 30 gün ərzində bərpa baş verəcək.
Lakin BMT TŞ üzvləri 25 avqustda ABŞ-ın bu tələbini qanuni saymayaraq etməyərək rədd edib. TŞ üzvlərinin böyük əksəriyyəti Ağ Evin belə bir addım atmağa haqqının olmadığını hesab edir.
İran XİN rəsmisi də bunu xatırladaraq qeyd edib ki, ABŞ daha nüvə sazişi üzvü deyil.
“Zaman yalnız Pompeonun paralel aləmində getməyə başlayıb”, – deyə Xətibzadə “Twitter”-də yazıb.
13 members, incl. President of UNSC have declared that America has NO legal standing in the first place to recourse to 2231, as it’s not a JCPOA participant.
The clock is ticking just in Pompeo’s
parallel alternate universe! This happens when an ex-spymaster leads US diplomacy. pic.twitter.com/k7LlHTT33t— Saeed Khatibzadeh (@SKhatibzadeh) August 27, 2020






























